Bəs “Xankəndi”nin mövsümə uğursuz başlamasının, qələbəyə həsrət qalmasının səbəbi nədi? Komandada nə çatışmır? “Football-plus.az” bu suallara klubun meneceri Rəşad Orbəyin cavabını öyrənib:
“Bəli, 90 dəqiqənin sonunda tabloda görünən nəticə, təbii ki, bizi qane etmir. İlk oyunda çempionatın favoriti sayılan və yetərincə böyük büdcəyə malik “Səbail”lə qarşılaşdıq. Həmin görüşdə bizim üstün cəhətlərimiz çox oldu. Qol imkanlarımız daha çox idi və əslində oyunu qələbə ilə başa vura bilərdik. Oyunun müxtəlif fraqmentlərində bunu görmək mümkün idi. Kifayət qədər real qol şanslarımız oldu. Təbii ki, müəyyən epizodlarda “Səbail”in də üstünlüyü var idi. Çünki “Səbail” yaxşı futbolçulardan qurulan komandadı. Sadəcə, oyunun sonlarına yaxın yaranan yorğunluq səbəbindən əks-hücumlardan yararlanaraq rəqibi cəzalandıra və görüşü qələbə ilə başa vura bilərdik. Alınmadı. Futboldu, belə hallar olur.
“Gəncəbasar”la səfərdə - Gəncə Şəhər Stadionunda keçirilən görüşdə çox möhtəşəm atmosfer var idi. Orda da oyuna pis başlamadıq, ilk qolu biz vurduq. Hətta qələbə qazanmaq şansımız da var idi, bir neçə epizodda fərqlənə bilərdik. Amma sözün açığı, ev sahibləri bizdən daha yaxşı oynadı. Müəyyən epizodlarda daha üstün idilər. Bunun nəticəsində ikinci hissədə bizdə də yorğunluq yarandı, xətlər arasında boşluqlar əmələ gəldi və komandanın oyunu müəyyən hissələrdə dağılmağa başladı. “Gəncəbasar” da bu boşluqlardan yararlanaraq bizi cəzalandırdı. Həmin oyunda da zəif çıxış etmədik. Sadəcə, əlimizə düşən fürsətləri qola çevirə bilmədiyimiz üçün sonda tabloda nəticə əleyhimizə oldu.
MOİK-lə oyunda da ilk hissədə yaxşı oynadıq. Kifayət qədər qol epizodumuz oldu. Demək olar ki, oyunun böyük hissəsi rəqibin meydanında gedirdi. Amma ikinci hissədə yenə müəyyən səhvlərə yol verdik. Komanda olaraq səhvlər etdik, boşluqlar verdik və MOİK-in istedadlı futbolçusu həmin boşluqlardan yararlanaraq iki qol vurdu. Nəticədə məğlub olduq.
Bunu ona görə deyirəm ki, biz zəif oynayıb uduzmamışıq. Əksinə, rəqiblərimizlə başa-baş mübarizə apararaq xal itirmişik. Təbii ki, “Xankəndi” 1-ci liqada debüt edir. Komandamız yeni formalaşıb. Demək olar ki, əvvəlki heyətdən üç-dörd futbolçudan başqa qalan oyunçuların hamısı yenidi. Hazırlıq prosesimiz pis keçmədi, əksinə, yaxşı hazırlıq keçdik. Buna baxmayaraq, yeni heyətin tam formalaşması və oyunun oturuşması üçün müəyyən qədər vaxt lazımdı.
Hesablara baxanda da bəlli olur ki, rəqiblərlə başa-baş mübarizə apararaq xal itirmişik. Birinci liqa uzun marafondu və qarşıda hələ çox oyun var. Digər komandaların da oyunlarını izləyirik. Bizdə belə bir qənaət formalaşıb ki, bu çempionatda hələ real favorit kimi görünən kollektiv yoxdu. Ola bilər ki, hansısa klub 9, digəri 7 xal toplayıb. Amma bu hələ heç nə demək deyil. İnanırıq ki, komandamız oyundan-oyuna daha keyfiyyətli futbol ortaya qoyacaq və yaxşı nəticələr qazanacaq. Bunun üçün intensiv işləyirik. Futbolçuların motivasiyasının yüksək olması üçün əlimizdən gələni edirik. İnşallah, növbəti turlarda fərqli “Xankəndi” görə biləcəyik”.

İSRAYIL XEYRULLAYEV