İlkay Gündoğanın həyat yoldaşı Okan Buruka söz atdı - ''Bizdən yox, ondan soruşun''

21.09.2026 10:31
Dünya futbolu
Son 3 rəsmi oyununu 2-də uduzan ''Qalatasaray''da ab-havanın yaxşı olmadığını göstərən daha bir diqqətçəkən olay yaşanıb.

Fanatların bu mövsüm etiraz etdiyi futbolçuların başında İlkay Gündoğan gəlir. İllik qazancı 4,5 milyon avro olan və bu göstəricidə klubda 5-ci pillədə qərarlaşan Gündoğan buna baxmayaraq demək olar, oynamır. Elə ən son Trabzon səfərində də ''Mançester Siti'', ''Barselona'' və Dortmund ''Borussiya''sının sabiq üzvü bütün oyunu ehtiyatda keçirdi. İlkay qışda komandanı tərk etməyə əsas namizədlərdən biridi.

Bu arada təcrübəli yarımmüdafiəçinin həyat yoldaşı Sara Gündoğanın sosial şəbəkədə bir fanata yazdığı cavab gündəm olub. Tez-tez maaş məsələsi ilə gündəmə gəlməkdən bezdiklərinə işarə vuran Sara Gündoğan həyat yoldaşının oynamamasında baş məşqçini günahlandırıb:

''İlkayın nə üçün oynamadığını öyrənmək istəyirsənsə, bu sualı mənə yox, Okan Buruka ver. Biz ''Qalatasaray''ı sevirik və bura da böyük sevgi ilə gəlmişik. Ona görə də bir şeyi anlayın ki, məni və ya uşaqlarımızı təhqir etməyiniz heç nəyi dəyişdirməyəcək. Daim para məsələsini gündəmə gətirməkdən əl çəkin. Çünki İlkay ''Qalatasaray''a gəlmək üçün böyük fədakarlıqlar etdi. Maaşının azalmasına razı oldu və daha sərfəli təkliflərin hamısını geri çevirdi''.