"Son 2-3 ildə oynadığımız sistemi dəyişmişdik" - "Qəbələ"nin məşqçisi

18.09.2026 20:49 27
Ölkə futbolu / Manşet
"Qəbələ"nin məşqçisi Amil Ağacanov Misli premyer-liqasının 6-cı turunun "Neftçi" ilə (0:3) görüşündən sonra mətbuat konfransında iştirak edib.

"Football-plus.az" xəbər verir ki, o, komandasının məğlubiyyəti haqda danışıb.

- Ağır məğlubiyyət oldu. Deyiləsi sözümüz çoxdu. Rəqibin son oyunlarını təhlil etmişdik. Bilirdik ki, çox keyfiyyətli, aqressiv futbolçuları var. Yeni baş məşqçimiz gəlib, son 2-3 ildə oynadığımız sistemi dəyişmişdik. Bunun yaxşı tərəfləri də var idi. 0:1-ə qədər yaxşı oynayırdıq, top saxlayırdıq, aqressivliyimiz var idi. Ancaq rəqib sonda meydana sürətli futbolçularını buraxdı. Təəssüf ki, ağır məğlubiyyətlə üzləşdik.

- Yayda əcnəbi qapıçı gətirdiz. Artur Mottanın hazırlıq durumu necədi?
- Biz onu birinci qapıçı kimi gətirməmişik. Kim güclüdüsə, qapıda o dayanacaq. Bizdə Həbib Hüşənov da var. U-20 yığmasındadı. Onların toplanışları daha çox olduğu üçün qapıçı axtarırdıq. Rəqabət üçün qapıçı dəvət etdik. Səlahət Ağayev yaxşı formadadı. Arturdan da razıyıq. Gələcəkdə imkan olsa, onu da meydana buraxacağıq.