"Futbolçularla fərdi şəkildə danışdıq" - Amil Ağacanov

4.09.2026 23:20 10
Ölkə futbolu / Premyer-liqa
"Qəbələ"yə cari mövsümdə ilk qələbəni məşqçi dueti qazandırdı. "Qırmızı-qaralar"ın məşqçisi Amil Ağacanov oyundan sonra açıqlama verdi:
- Komandada məşqçi dəyişikliyi oldu. Əvvəlki oyunları təhlil etdik və daha yaxşı hazırlaşdıq. Bilirdik ki, "İmişli" uzun ötürmələr və standart vəziyyətlərdə yaxşı oynayır. Ona uyğun hazırlaşdıq. Qələbə münasibətilə hamını təbrik edirəm.
- "Qəbələ" əvvəlki 3 oyunda qol vura bilməmişdi, bu gün isə 2 qol vurdu. Problem nə idi?
- Hansısa problemin olduğunu deməzdim. Çempionatın əvvəli idi. Sadəcə, yaradılan fürsətlərdən istifadə edə bilmirdik. Futbolçularla fərdi şəkildə danışdıq.