"Sabah"ın 10 futbolçusu milli komandalara dəvət aldı

18.09.2026 19:00 144
Ölkə futbolu
“Sabah”ın 10 futbolçusu müxtəlif ölkələrin milli komandalarına dəvət alıb.

"Football-plus.az" xəbər verir ki, bu haqda klub məlumat yayıb.

Tellur Mütəllimov, Rəhman Daşdəmirov, Abdulla Xaybulayev, Aleksey İsayev və Rəvan Mirzəmmədov millimizin heyətinə çağırılıblar.

Timoteuş Puxaç Polşa, Umarali Raxmonaliyev Özbəkistan, Stas Pokatilov Qazaxıstan, Patrik Orfe Mbina Qabon, Coy-Lens Mikels isə Ruanda milli komandasına dəvət alıb.