“Neftçi” ölkə kubokunun oyununa baş məşqçisiz çıxacaq

21.12.2023 16:08 259
Ölkə kuboku
“Neftçi” ölkə kubokunun 1/8 final mərhələsində “Qaradağ Lökbatan”la bu gün keçiriləcək oyuna baş məşqçisiz çıxacaq.

“Football-plus.az” xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 44 yaşlı mütəxəssis qarşılaşmada texniki zonada yer almayacaq. Çünki rumıniyalı çalışdırıcı anası Rodika Mutunun ölümü ilə əlaqədar ölkəsinə yollanıb. “Qaradağ Lökbatan”la matça komandanı baş məşqçinin köməkçiləri çıxaracaq.

Qeyd edək ki, “Neftçi” – “Qaradağ Lökbatan” oyunu saat 18:00-da başlayacaq.