İngiltərə çempionatının 2-ci divizionunda şok hadisə baş verib.
"Football-plus.az" xəbər verir ki, “Derbi Kaunti”nin hücumçusu Henrik Meyster çempionşipin 7-ci turunun “Birmingem Siti” ilə oyununda meydandan xərəkdə çıxarılıb. 22 yaşlı danimarkalı futbolçu ikinci hissənin əvvəlində qəfil yerə yıxılıb. Bundan bir qədər əvvəl Henrik hava mübarizəsində zərbə alıb.
Hadisədən sonra oyun təxminən 7 dəqiqə dayandırılıb və tibbi heyət futbolçuya yardım edib. Meyster xərəkdə meydandan çıxarılarkən hər iki komandanın azarkeşləri ayağa qalxaraq onu alqışlayıblar.
Matç “Birmingem Siti”nin 2:1 hesablı qələbəsi ilə nəticələnib.
Yaşıl meydanda şok hadisə
Dünya futbolu






