Messinin rekordunu arxivə göndərdi

14.09.2026 10:31 0
Dünya futbolu
Franko Mastantuono Lionel Messiyə məxsus rekordu yeniləyib.

"Football-plus.az" xəbər verir ki, “Fiorentina”nın 19 yaşlı argentinalı futbolçusu A seriyasının 4-cü turunun “Venetsiya” ilə matçında (4:2) het-trik edib. Mastantuono Avropanın “böyük beşlik” ölkələrinin liqalarında bir oyunda 3 qol vuran ən gənc argentinalı futbolçu olub. O, bunu 19 yaş 28 günlüyündə bacarıb.

ESPN-in məlumatına görə, Franko bu göstəriciyə yaş baxımından Messidən 231 gün tez nail olub. Lionel klub karyerasında ilk het-trikini 2007-ci il martın 10-da “Barselona”nın heyətində “Real”a qarşı oyunda edib.

Mastantuono həmçinin “Fiorentina”nın tarixinə A seriyasında het-trik edən ən yeniyetmə futbolçu kimi düşüb.