1978-2017-ci illər aralığında “Formula-1”ə rəhbərlik edən Berni Ekklstoun gələn ilin oktyabrında dələduzluq ittihamı ilə məhkəmə önünə çıxacaq.
Britaniya Krallığının prokurorluğu 91 yaşlı sabiq prezidentə bu ittihamı iyulda irəli sürüb. “Reuters”in yaydığı xəbərə görə, araşdırmanın gedişində Ekklstouna sərhədlərdən kənarda yerləşən, onunla bağlı olan trastlar haqda da suallar verilib. O, gəlir bəyannaməsinə Sinqapur trastında olan 650 milyon dollarlıq bank hesabı ilə bağlı bilgini daxil etməyib. Sabiq prezident ilkin dinləmələrdə günahsız olduğunu iddia edib.