“Formula-1”in sabiq rəhbəri Berni Ekklstoun İtaliya mərhələsinin sonunda “Maklaren” rəhbərliyinin Oskar Piastriyə 2-ci yeri komanda yoldaşı Lando Norrisə qaytarmaqla bağlı əmr verməsini sərt şəkildə qınayıb.
Xatırladaq ki, finişə az qalmış 2-ci yerdə gedən Norris pit-stopa gedərkən çox vaxt itirdi, belədə o, Piastridən geri düşdü. Ancaq komandanın rəhbərliyi avstraliyalı pilotdan Norrisi özündən irəli buraxmağı tələb etdi. Belədə Lando sonda 2-ci, Oskar 3-cü yeri tutdu. Ekklstounun bu qəribə əmrlə bağlı dedikləri: