Çempionlar Liqası, liqa mərhələsi, 1-ci tur
Mançester Yunayted (İngiltərə) – Sabah 4:0 (3:0)
1. Senne Lammens
13. Patrik Dorqu
(41. Harri Amass, 72)
6. Lisandro Martines
15. Leni Yoro
3. Nussair Mazraui
37. Kobbi Maynu
(17. Andrey Santos, 64)
18. Yuri Tilemans
(7. Meyson Maunt, 46)
10. Mateus Kunya
8. Bruno Fernandeş (k)
19. Brian Mbemo
(31. Şi Leysi, 72)
30. Benyamin Şeşko
(11. Coşua Zirkzee, 64)
Ehtiyat oyunçular
12. Karl Darlou
45. Dermot Mi
2. Dioqo Dalot
5. Harri Maquayr
26. Eyden Heven
39. Tayler Fletçer
9. Markus Reşford
Baş məşqçi: Maykl Karrik
92. Stas Pokatilov (k)
27. Timoteuş Puxaç
4. Eyden Makkarti
5. Rəhman Daşdəmirov
80. Akim Zedadka
(33. Erivaldo Almeyda, 75)
13. İvan Lepinitsa
7. Umarali Raxmonaliyev
(6. Abdulla Xaybullayev, 71)
8. Kristian Nvaçukvu
(99. Patrik Orfe Mbina, 46)
21. Velko Simiç
(37. Du Keyros, 76)
11. Kahim Parris
(10. Aleksey İsayev, 63)
20. Coy-Lens Mikels
Ehtiyat oyunçular
1. Amin Ramazanov
94. Rəvan Mirzəmmədov
17. Tellur Mütəllimov
16. Rauf Rüstəmli
88. Rodriqo Fernandeş
89. Cəfər Muxtarov
Baş məşqçi: Valdas Dambrauskas
Qollar: M.Kunya, 27 (1:0). B.Fernandeş, 42 (2:0). B.Şeşko, 45 (3:0). L.Martines, 68 (4:0).
Vərəqələr: P.Dorqu, 62. İ.Lepinitsa, 67 – sarı.
Hakimlər: VİLLİ DELAJO, Ervan Finjan, Valenten Evrar, Matye Vernis (hamısı Fransa).
VAR hakimi: Jerom Brisar (Fransa).
VAR hakiminin köməkçisi: Momçilo Markoviç (Serbiya).
Hakim-inspektor: Stefan Yohanneson (İsveç).
UEFA nümayəndəsi: Feliks Qriqore (Rumıniya).
10 sentyabr. Mançester. “Old Trafford” stadionu. 73685 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
oyunun statistikası
21 (10) qapıya (“çərçivə”yə) zərbə 10 (0)
7 künc zərbəsi 2
0 ofsayd 0
12 qayda pozuntusu 13
58 topa sahibolma (faizlə) 42
Adətən, adamlar çətinə düşəndə nikbinlik üçün əsas, daha yaxşı sonuca ümid etmək üçün dəlillər axtarır. Elə futbol klubları da belədi. Büdcələr, oyunçuların qiyməti, liqaların səviyyəsi arasında uçurum olanda da yenə hansısa möcüzəyə bel bağlayırsan. “Mançester Yunayted”lə “Sabah”ın dueli ətrafında da vəziyyət belə idi. Hər şeyin ən yaxşısına, “bayquşlar”ın rəqibin əzəməti qarşısında əzilməyəcəyinə, Bakıya abırlı hesabla qayıdacağına ümid edirdik…
İnsafən, rəqibin start təzyiqi qorxunc olmadı. Əksinə, “Sabah” oyuna yetərincə yaxşı başladı, ən azı rəqibdən çəkinmədiyini göstərməyə çalışdı. 7-ci dəqiqədə təkbaşına uzun reyd edən Parris Mikelsə ötürmə versəydi, rəqib qapısı önündə təhlükəli vəziyyət yaranacaqdı. Rəqib isə “Sabah”ın qapısına ilk zərbəni 8-ci dəqiqədə vurdu. Kunyanın yaxın küncə zərbəsindən sonra Pokatilov topu kornerə çıxardı.
22-ci dəqiqədə rəqibin sürətli hücumu zamanı Fernandeş sağ cinahdan cərimə meydançasına elə ötürmə verdi ki, Rəhman bir an ləngisəydi, Şeşko hesabı açacaqdı. Bir sözlə, MY erkən qol istəyinə çatmasa da, təşəbbüsü əlində saxlayır, zaman-zaman hücuma atılırdı. 25-ci dəqiqədə Mbemo da yaxın məsafədən zərbə vurdu, ancaq Pokatilov yerində idi. “Sabah”ın hücumlarında isə sanki cəsarət çatmırdı. Qonaq futbolçular rəqib qapısı önündə görünən kimi təlaşa düşür, daha perspektivli və təhlükəli davam variantları tapmaqda çətinlik çəkirdi. 27-ci dəqiqədə sağ cinahda Parrisin kobud ötürmə səhvindən sonra rəqib topu ələ keçirdi. Şeşko – Fernandeş - Dorqu kombinasiyası Kunyanın hesabı açmasıyla nəticələndi. Qol “bayquşlar”ı ruhdan salmadı. 30-cu dəqiqədə Parrisin ötürməsi zamanı cərimə meydançasında olan Mikels daha cəld tərpənsəydi, bəlkə də hesabı bərabərləşdirmək olardı. 33-cü dəqiqədə isə Şeşko az qala fərqi artıracaqdı, yaxşı ki top qapıdan aralı keçdi. 36-cı dəqiqədə Mikels daha real qol imkanını qaçırdı. Parrisin ötürməsindən sonra ondan, sadəcə, yaxın məsafədən başla dəqiq zərbə vurmaq tələb olunurdu ki, bunu da bacarmadı. Görünür, ÇL həyəcanı özünü göstərdi.
Təəssüf ki, rəqib hissənin sonunda daha iki qol vurdu. 42-ci dəqiqədə Dorqu Tilemansa, o da Fernandeşə gözəl ötürmə verdi, Pokatilov kapitanın zərbəsi qarşısında aciz idi. Bu da ilk yarıda son qol olmadı. 45-ci dəqiqədə Mbemonun ideal ara ötürməsindən sonra təkbətək çıxan Şeşko qapıçını da arxada qoyub, fərqi darmadağın həddinə çatdırdı.
Komandalar 2-ci hissəyə hərəyə bir dəyişikliklə başladı. “Yunayted” isə bir qədər sakitləşdi, “Sabah”ın meydanda daha sərbəst hərəkət etməsinə, hücumlar qurmasına imkan verdi. Amma yenə də hücumun son mərhələsində ağıllı qərarlar, dəqiq zərbələr görmürdük. Əvəzində rəqib hücuma keçən kimi təhlükəli vəziyyət yaranırdı. Mazrauinin 58-ci dəqiqədəki zərbəsi qapının üstündən keçdi. Üç dəqiqə sonra Pokatilov Kunyanın, ardından Fernandeşin təhlükəli zərbəsinin qarşısını aldı. 68-ci dəqiqədə mankunianlar 4-cü qolu vurdu. Fernandeşin cərimə zərbəsinin ardından “Sabah”ın müdafiəsində çaşqınlıq yarandı, Makkarti, Rəhman və Stas bir-birinə mane oldu, nəticədə Martines topu qapıdan keçirdi.
Təəssüf ki, oyunun axarı fərqli çəki dərəcəsində olan boksçuların döyüşünə bənzəyirdi. Rəqib “Sabah”a oynamağa imkan verir, amma ürəyi istəyəndə də tempi qaldırır, təhlükəli vəziyyət yaradırdı. Təbii, MY-nin belə “xoşniyyət” obrazını müəyyən mənada bazar günü keçiriləcək Mançester derbisi ilə də bağlamaq olardı. Azərbaycanlı futbolsevərlərin yeganə istəyi isə “Sabah”ın, heç olmasa, təsəlli qolunu vurması idi. Əslində bunun üçün imkan var idi, Mikels 86-cı dəqiqədə qapının uzaq küncünə “düşə bilərdi”. İlk uzatma dəqiqəsində isə Mbina Mikelsin ötürməsindən sonra fərqi azaltmağa çox yaxın oldu. Beləliklə, “Sabah” liqa mərhələsində keçirdiyi ilk oyunda nəhəng və əzəmətli “Old Trafford”da acı məğlubiyyətlə üzləşdi. Möcüzə olmadı, səfərdən daha yaxşı hesabla dönmək arzumuz puça çıxdı. Əslində hesabın məhz belə olacağını düşünənlərin sayı yetərincə çox idi. Axı İngiltərə və Azərbaycan premyer-liqa arasında səviyyə fərqi az qala uçuruma bərabərdi.
Nə etmək olar?! Prinsipcə “Sabah” indi diqqətini xal ala biləcəyi rəqiblərlə oyunlara yönəltməlidi. Məsələn, “bayquşlar” oktyabrın 13-də evdə “Slaviya”nı məğlub edə bilər. Sadəcə, daha yaxşı hazırlaşmaq, çempionat və ÇL oyunları arasında gücü düzgün bölmək lazımdı.
ORXAN
“Sabah” “Old Trafford”da möcüzəni bacarmadı - 0:4
Reportaj






