Son mövsümü “Araz-Naxçıvan”da keçirmiş Hamidu Keyta özünə yeni komanda tapıb.
"Football-plus.az" xəbər verir ki, 31 yaşlı fransız İsraildə oynayacaq.
O, yüksək liqada yarışan Petah Tikva "Hapoel"i ilə anlaşıb. Tərəflər arasında birillik müqavilə imzalanıb.
Keyta “Araz-Naxçıvan”dan başqa “Qarabağ” və “Zirə”nin formasını geyib. Bundan əvvəl isə o, “Sent-Etyen”, “Botoşani”, “Vitorul”, “Santa Klara”, “Konyaspor” klublarında oynayıb.
Hamidu Keyta İsrail klubuna "hə" dedi
Dünya futbolu





