Yenidən İngiltərədə çıxış edə bilər

6.09.2026 17:43 1
Dünya futbolu
Ceymi Vardi yenidən İngiltərədə top qova bilər.
“Football-plus.az” xəbər verir ki, “Everton” rəhbərliyi təcrübəli futbolçunu transfer etməkdə maraqlıdı. “The Sun” qəzetinin məlumatına görə, 39 yaşlı ingiltərəli hücumçu yay “transfer pəncərəsi” dövründə yeni forvard tapa bilməyən “Everton”un diqqət mərkəzinə düşüb.

Vardinin sonuncu klubu “Kremoneze” olub. O, İtaliya komandasında 2025/26 mövsümündə keçirdiyi 29 matçda 7 qol vurub və 2 məhsuldar ötürmə edib. Müqaviləsinin müddəti sona çatdıqdan sonra azad agent statusu alıb.

Ceymiyə “San Paulu”, “Rekshem” və “Vest Hem” klublarının da maraq göstərdiyi bildirilir.