31 avqust – 2 sentyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində UEFA-nın 2026/27 mövsümü üçün elit və 1-ci kateqoriyalı hakimlərin yay kursu keçirilib.
"Football-plus.az" xəbər verir ki, ölkəmizi kursda beynəlxalq dərəcəli hakimlər Əliyar Ağayev və Elçin Məsiyev təmsil edib.
Toplanış zamanı ötən mövsümün hakimlik təcrübəsi nəzərdən keçirilib, yeni mövsümlə bağlı əsas məqamlar və UEFA Hakimlər Komitəsinin təlimatları diqqətə çatdırılıb.
Həmçinin hakimlərin fiziki hazırlıq səviyyəsi yoxlanılıb. Hakimlərimiz keçirilən testləri uğurla başa vuraraq kursu tamamlayıblar.
Əliyar Ağayevlə Elçin Məsiyev Cenevrədə dərs aldı, gəldi
Ölkə futbolu






