Ağsu stadionu FİFA sertifikatına layiq görüldü

1.09.2026 15:55 60
Ölkə futbolu
Ağsu şəhər stadionunun süni ot örtüyü FIFA tərəfindən yenidən “Quality Pro” sertifikatına layiq görülüb.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

FİFA tərəfindən verilmiş bu keyfiyyət nişanı stadionunda beynəlxalq oyunların keçirilməsinə imkan verir.

Yeni mövsümdən 2-ci liqada mübarizə aparacaq və Ağsunu təmsil edən "Difai" ev oyunlarını bu arenada keçirir.