“Qarabağ” - “Tvente” matçı gec başlayacaq

27.08.2026 20:04 12
Avrokuboklar
“Qarabağ” - “Tvente” oyununun başlama saatı dəyişdirilib.

"Football-plus.az" xəbər verir ki, Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində bu gün keçirilməli olan qarşılaşma əlverişsiz hava şəraiti səbəbindən 15 dəqiqə gec başlayacaq.

Beləliklə, “Qarabağ” - “Tvente” matçı əvvəlcədən nəzərdə tutulan vaxtdan fərqli olaraq saat 20.15-də start götürəcək.