Boksçumuz Avropa çempionatının finalında

21.08.2026 19:00 5
İdman
Boksçumuz Əli Baxışov Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatında finala vəsiqə qazanıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

60 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Türkiyə təmsilçisi Furkan Avara 3:2 (28:29, 30:27, 29:28, 30:27, 28:29) hesabı ilə qalib gəlib.

Əli Baxışov final döyüşündə İtaliya idmançısı Daniele Fabi ilə üz-üzə gələcək.

Bannuçiçək Nəsirli (48 kq) isə yarımfinalda İrlandiyalı Ellen Coysa uduzaraq Avropa çempionatının bürünc medalına sahib olub.