Daha bir boksçumuz yarımfinalda - AÇ

19.08.2026 13:35 195
İdman
Serbiyanın Loznitsa şəhərində boks üzrə U-19 Avropa çempionatı davam edir.

"Football-plus.az" xəbər verir ki, boksçusmuz Əli Baxışov yarışın yarımfinalına vəsiqə qazanıb. Bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayb.

Əli Baxışov (60 kq) Kristian Haraşiki (Slovakiya) 4:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. O, bununla da bürünc medalı təmin edib. Əli avqustun 20-də final uğrunda Furkan Avarla (Türkiyə) qarşılaşacaq.

Daha öncə Banuçiçək Nəsirli (48 kq) də yarımfinala vəsiqə qazanıb. Boksçu avqustun 20-də Ellen Coysla (İrlandiya) final uğrunda döyüşəcək.