Boksçumuz Avropa çempionatının yarımfinalında

18.08.2026 14:14 1
İdman
Boksçumuz Banuçiçək Nəsirli Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatında yarımfinala yüksəlib.

"Football-plus.az" xəbər verir ki, 48 kq çəkidə mübarizə aparan milli üzvü 1/4 finalda Katarjina Qornisieviçlə (Polşa) qarşılaşıb.

Nəsirli rəqibini 3:2 (30:27, 28:29, 28:29, 30:27, 29:28) hesabı ilə məğlub edib. O, yarımfinala vəsiqə qazanmaqla özü üçün azı bürünc medalı təmin edib.

Boksçumuz avqustun 20-də final uğrunda Ellen Coysla (İrlandiya) döyüşəcək.

Bu gün daha 4 idmançımız 1/4 final görüşünə çıxacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul