Güləşçimiz dünya çempionu oldu - ardıcıl ikinci dəfə!

19.08.2026 20:55 3
İdman
Yunan-Roma güləşçimiz Ayxan Cavadov U-20 dünya çempionatında qızıl medal qazanıb.

"Football-plus.az" xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançımız finalda Özbəkistan təmsilçisi Dostonbek Oripovu 4:1 hesabı ilə məğlub edib.

Beləliklə, Ayxan Cavadov ardıcıl ikinci dəfə U-20 dünya çempionu tituluna yiyələnib.