Kapitanlıqdan məhrum edildi

17.08.2026 10:31 5
Dünya futbolu
Pyer-Emil Höybyerq komandasındakı statusunu itirib.

"Football-plus.az" xəbər verir ki, “Nyukasl”ın transfer təklifini rədd edən “Marsel”in yarımmüdafiəçisi kapitanlıq sarğısını itirib. 31 yaşlı futbolçu “Nyukasl”a keçməkdən imtina etdikdən sonra klub rəhbərliyi onu kapitanlıqdan məhrum edib. Avqustun 14-də “Atletiko” ilə yoxlama oyununda start heyətində yer alan Höybyerq meydana kapitan kimi çıxmayıb. Komandanı kapitan sarğısı ilə Timoti Vea meydana çıxarıb.

“Marsel” Pyer-Emil üçün təxminən 15 milyon avro tələb edib və “Nyukasl” bu məbləği ödəməyə hazır olub. Lakin danimarkalı futbolçu İngiltərə premier-liqasına qayıtmaq təklifini qəbul etməyib.

Qeyd olunur ki, “Marsel” maliyyə çətinlikləri səbəbindən futbolçu satışlarından gəlir əldə etməyə və maaş xərclərini azaltmağa çalışır. Bu səbəbdən Höybyerqin qərarı rəhbərlikdə ciddi narazılıq yaradıb.