Onu yalnız öz klubu maraqlandırır

4.10.2025 22:27 2
Dünya futbolu
Xulian Alvares “Barselona” ilə bağlı yayılan transfer xəbərlərinə münasibət bildirib.

"Football-plus.az" xəbər verir ki “Atletiko”nun argentinalı hücumçusu ESPN-ə açıqlamasında “hazırda diqqətim yalnız “Atletiko”dadı. Bu klubda oynamağa və özümü inkişaf etdirməyə davam etmək istəyirəm. Mətbuatda yayılan söz-söhbətlər mənim üçün maraqlı deyil” deyib.

Xulian “Atletiko”da 2024-cü ilin avqust ayından  çıxış edir.