Daha bir uğursuz mövsüm keçirən "Kəpəz" sabah növbəti çətin sınaqdan üzüağ çıxmağa çalışacaq. Sonuncu sırada olan Gəncə təmsilçisi 11-ci pillədə qərarlaşan "Karvan-Yevlax"ın qonağı olacaq. "Sarı-göylər" bu matçda qələbə qazansa, 12-ci turu ən pis halda 11-ci yerdə başa vuracaq.
Matçın turnir cədvəli baxımından əhəmiyyəti göz önündədi. Meydan sahibləri üçün isə ikiqat önəmlidi. İş ondadı ki, “Karvan-Yevlax” 2011-ci ildən bəri ilk dəfə doğma şəhərdə premyer-liqa matçı keçirəcək. Söhbət 6000 yerlik idman qurğusundan gedir ki, burda böyük ehtimalla anşlaq olacaq.
Bəs, "Kəpəz" azarkeşləri komandanı səfərdə dəstəkləməyə hazırdımı? Gəncə ilə Yevlax arasında məsafənin 73 kilometr olduğunu nəzərə alsaq, daha çox gəncəli futbolsevər stadiona yollana bilərmi?
"Football-plus.az"ın suallarını "Xəmsə"nin rəhbəri Müşfiq Məmmədov cavabladı: