Məşhur futbolçu "Qarabağ"ın oyununda ekspert olacaq

31.08.2022 10:34 515
Avropa Liqası
Almaniya millisinin və "Bavariya"nın sabiq futbolçusu Lotar Matteus yerli RTL telekanalında çalışacaq.

"Footbal-plus.az" xəbər verir ki, 61 yaşlı mütəxəssis futbol eksperti kimi fəaliyyət göstərəcək.

RTL Almaniyada Avropa Liqası və Konfrans Liqasının oyunlarının teleyayım hüquqlarını satın alıb. Telekanalın ilk yayımı sentyabrın 8-də keçiriləcək "Frayburq" – "Qarabağ" oyunu olacaq.

Lotar Matteus Almaniya millisi ilə 1980-ci ildə Avropa, 1990-cı ildə dünya çempionu olub. O, "Bavariya" ilə 410 matçda 100 qol, 50 məhsuldar ötürmə ilə yadda qalıb.