Sabiq klubunda idman direktoru oldu

9.02.2026 22:21 19
Dünya futbolu
Braziliya yığmasının sabiq futbolçusu Rafinyanın yeni iş yeri məlum olub. Keçmiş müdafiəçi bundan sonra vətənində çalışacaq.

"Football-plus.az" xəbər verir ki, o, “San Paulu” klubuna idman direktoru təyin edilib. Bu barədə A seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 40 yaşlı Rafinya 2022-24-cü illərdə “San Paulu”da futbolçu kimi çıxış edib. O, əsasən 2011-19-cu ilərdə “Bavariya”dakı çıxışı ilə məşhurluq qazanıb.

Rafinya Münhen klubu ilə 7 dəfə Almaniya bundesliqasında, 4 dəfə Almaniya kubokunda, 4 dəfə Almaniya Superkubokunda, bir dəfə isə Çempionlar Liqası, UEFA Superkuboku və Klublararası Dünya Çempionatında qalib gəlib.