"Kəpəz" "Sumqayıt"a qarşı

31.07.2025 11:54 11
Ölkə futbolu
Bu gün "Kəpəz" və "Sumqayıt" arasında yoxlama oyunu keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, komandalar Qəbələ şəhər stadionunda üz-üzə gələcəklər. Görüş saat 18.00-da başlayacaq.

Xatırladaq ki, yay hazırlıq toplanışında daha əvvəl "Sumqayıt" "İmişli" ilə 0:0 hesablı heç-heçə etmişdi. "Kəpəz" isə bunadək "Qəbələ" (0:2) və "Şamaxı"ya (1:6) uduzub.