Amin Ramazanov "Sabah"da

7.07.2026 12:08 11
Ölkə futbolu
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, Amin Ramazanov bundan sonra “bayquşlar"da oynayacaq. 23 yaşlı qapıçı ilə 2 illik müqavilə bağlanıb.

Rusiya “Lokomotiv”inin (Moskva) yetirməsi olan Amin karyerası ərzində “Qarabağ” və “Zaqatala”da çıxış edib.

Onun son klubu “Qarabağ” olub.