"Kəpəz" legioneri ilə yolları ayırdı

29.01.2025 11:13 259
Ölkə futbolu
"Kəpəz" futbolçusu Redon Mihana ilə yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib. "Kəpəz" albaniyalı oyunçuya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb. Mihana ötən ilin yayından Gəncə təmsilçisində oynayırdı.

Qeyd edək ki, "Kəpəz" daha əvvəl Orxan Əliyev və Lassana Ndiaye ilə də yollarını ayırıb.