Ağayeva UEFA-dan təyinat aldı

29.07.2024 10:29 296
Ölkə futbolu
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o, Albaniyada yerli "Partizani" və Gürcüstanın "İberia" komandaları arasında keçiriləcək Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçında UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, avqustun 1-də Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.