AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
"Football-plus.az" xəbər verir ki, o, 19 yaşadək qadın futbolçular arasında iyunun 27-dən iyulun 10-dək Bosniya və Hersoqovinada keçiriləcək Avropa çempionatının final mərhələsinə təyinat alıb. Ağayeva turnirin ümumilikdə 8 oyununda UEFA nümayəndəsi olacaq.
AFFA rəsmisi A qrupunun İsveç – Polşa (27 iyun), Bosniya və Hersoqovina – İsveç (30 iyun), Polşa – Bosniya və Hersoqovina (3 iyul), B qrupunun isə Avstriya – İslandiya (28 iyun), Avstriya – İsveçrə (1 iyul) və İspaniya – Avstriya (4 iyul) qarşılaşmalarında fəaliyyət göstərəcək.
UEFA qitə birinciliyinin həlledici mərhələlərində də Zümrüd Ağayevaya etimad göstərib. Belə ki, o, iyulun 7-də U-19-ların Avropa çempionatının yarımfinal, 10-da isə final görüşünün UEFA nümayəndəsi olacaq.