Zümrüd Ağayeva UEFA-dan təyinat aldı

21.08.2025 10:31
Ölkə futbolu
AFFA-nın Qadın futbolu departamentinin rəhbəri Zümrüd Ağayeva UEFA-dan təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Ağayeva qadınlar arasında Çempionlar Liqası 2025/26 mövsümü çərçivəsində Albaniyada keçiriləcək mini-turnirin UEFA nümayəndəsi olacaq.