“Qarabağ”dan 9 futbolçusuyla bağlı rəsmi açıqlama – 7 yerli, 2 legioner hardadı?

21.06.2025 00:24 615
Ölkə futbolu / Manşet
Çempionlar Liqasında 2-ci təsnifat mərhələsində mübarizə aparacaq Qarabağ” yeni mövsüm üçün hazırlığa start verib. Ağdamlılar istirahətdən sonra ilk məşqini Bakıda – “Azərsun Arena”da keçirdi.

Klubun rəsmi sosial şəbəkə hesablarında yayılan videogörüntülərdə xeyli futbolçunun düşərgədə olduğu, ancaq bəzilərinin hələ iş başında olmadığı görünür. Bu haqda ətraflı məlumat almaq məqsədilə “köhlən atlar”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Milli üzvü olan futbolçulardan yalnız Nəriman Axundzadə düşərgədədi. Qalan yığma futbolçuları iyunun 22-də məşqlərə qoşulacaq. Aleksey İsayev isə zədəlidi”.
Maraq üçün qeyd edək ki, Marko Yankoviç Monteneqro, Mateuş Koxalski Polşa, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Toral Bayramov, Şahruddin Məhəmmədəliyev, Musa Qurbanlı, Abbas Hüseynov, Elvin Cəfərquliyev isə Azərbaycan millisinin üzvüdü.

Xatırladaq ki, hazırlıq prosesinin ikinci mərhələsi Avstriyada gerçəkləşəcək. Komanda iyulun 2-dən 16-dək bu ölkədə təlim-məşq toplanışı keçirəcək.

“Qarabağ” Zell-Am-Seenin Kaprun bölgəsində yerləşən “Tauern” otelində məskunlaşacaq. Hazırlıq çərçivəsində üç oyun günündə ümumilikdə 4 yoxlama görüşü təşkil olunacaq. Rəqiblər barədə daha sonra ictimaiyyətə məlumat veriləcək.

Onu da bildirək ki, “Qarabağ” yoxlama oyunu çərçivəsində iyunun 30-da “Zirə” ilə qarşılaşacaq.

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul