Uğursuzluğa görə istefaya göndərildi

27.01.2024 13:30 190
Dünya futbolu
Tunis yığmasında istefa qaçılmaz olub.

Komandanın baş məşqçisi Cəlel Kadri istefa verib.

O, komandanın Afrika Millətlər Kubokunda pley-offa çıxa bilməməsindən sonra bu addımı atıb. Tunis yığması qrup mərhələsinin son oyununda Cənubi Afrika ilə heç-heçə edib (0:0).

Komanda E qrupunda üç oyunda iki xal toplanaqla Mali, Cənubi Afrika və Namibiyadan sonra sonuncu yeri tutaraq 1/8 finala yüksələ bilməyib.