“Sumqayıt”ın yay hazırlıq planı

8.07.2025 15:26 23
Ölkə futbolu
“Sumqayıt”ın yay hazırlıq planı məlum olub

"Football-plus.az" xəbər verir ki, iyulun 7-dən etibarən yeni mövsümün hazırlıqlarına start verən komanda məşqləri iyulun 24-dək “SOCAR Polymer Arena”da keçirəcək.

Ayın 25-də Qəbələyə yola düşəcək kollektiv hazırlıqların ikinci mərhələsini burda davam etdirəcək.

Avqustun 8-dək baş tutacaq təlim-məşq toplanışı müddətində 4 yoxlama görüşü nəzərdə tutulub. Rəqiblərin kimliyi və oyunların keçirilmə tarixi hələlik bəlli deyil.