Modriçin yolu haradı?

8.06.2025 09:54 18
Dünya futbolu
“Real”ı yayda tərk edəcək Luka Modriçin hansı kluba keçə biləcəyi haqda xəbər yayılıb.

"Football-plus.az"ın məlumatına görə, o, Kriştiano Ronaldo və ya Lionel Messinin komanda yoldaşı ola bilər. 39 yaşlı futbolçu bu il Klublararası Dünya Çempionatından sonra azad agent kimi “Real”dan ayrılacaq.

Modriçə Səudiyyə Ərəbistanının “Əl-Nəssr” və ABŞ-nin “İnter Mayami” klublarından təkliflər gəlib. Yarımmüdafiəçi ilə Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubu və bir neçə Braziliya təmsilçisi də maraqlanır.

Deyilənə görə, Modriç uzun müddətdi Ronaldo ilə eyni komandada oynamaq üçün “Əl-Nəssr”ə keçmək imkanını müzakirə edir. Lakin onun ailəsi ABŞ-yə köçməyi daha əlverişli variant hesab edir.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul