Millimiz təlim-məşq toplanışı üçün Avtriyaya yollanıb.
"Football-plus.az" xəbər verir ki, mayın 29-da Bakıda bir araya gələn komanda toplanışı iyunun 10-dək Avstriyanın Bad-Valtersdorf şəhərində davam etdiriləcək.
Milli Avstriya toplanışı çərçivəsində iyunun 5-də Malta, 9-da isə San Marino yığmasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.