"Sabah" müdafiəçisi Sofian Çakla ilə yolları ayırıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mərakeşli futbolçunun mövsümün sonunda müddəti başa çatan müqaviləsi yenilənməyib.
Qeyd edək ki, Çakla 2023-cü ildən "Sabah"ın uğurları üçün çalışırdı. O, bu müddətdə keçirdiyi 71 oyunda 5 qol vurub.
"Sabah" müdafiəçisi ilə yolları ayırdı
Ölkə futbolu





