İngiltərə premyer-liqasında mövsümün ən yaxşı gənc futbolçusu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, bu ada “Mançester Siti”nin yarımmüdafiəçisi Niko O’Rayli layiq görülüb.
21 yaşlı futbolçu bu mövsüm premyer-liqada keçirdiyi 34 oyunda 5 qol vurub və 4 məhsuldar ötürmə edib.
İngiltərə yığmasının üzvü “Mançester Siti”də 2025-ci ildən çıxış edir.