Son çempion ölkə kubokunun qalibini darmadağın etdi

10.09.2022 10:10 308
Ölkə futbolu
Futzal üzrə Yüksək Liqanın iki iştirakçısı yoxlama oyununda üz-üzə gəlib.

Football-plus.az xəbər verir ki, “Olimpik Star”da ölkə çempionu “Araz-Naxçıvan” Azərbaycan kubokunun son qalibi “Neftçi”İK-nı sınağa çəkib.

Qarşılaşma çempionun qələbəsi ilə başa çatıb – 6:0. “Araz-Naxçıvan”ın heyətində Fərid Ələkbərov, Andreu, Xəzər Ağalızadə, Vitao, Oktay Rüstəmli və Felipinyo fərqlənib. “Neftçi” İK 2 dəfə 10 metrlik zərbə vurmaq hüququ qazansa da, Rüfət Balakişiyev və Əjdər Əjdərov fərqlənə bilməyib.