"Araz-Naxçıvan" və "Sabah" qalib gəldi

2.04.2025 21:29 21
Ölkə futbolu / Manşet
Ölkə kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

"Football-plus.az" xəbər verir ki, əvvəlcə "Araz-Naxçıvan" turnirin son qalibi "Qarabağ"ı qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Digər matçda isə "Neftçi" "Sabah"la üz-üzə gəlib. Oyun Masazır təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

1/2 finalın cavab qarşılaşmaları aprelin 23-də olacaq.

Qeyd edək ki, cari mövsümün finalı iyunun 1-də Sumqayıt şəhər stadionunda keçiriləcək.

2 aprel
Araz-Naxçıvan – Qarabağ 1:0

Felipe Santos, 28-p.
Bakı, "Liv Bona Dea Arena". Saat 17.00.

Neftçi – Sabah 1:2
Yuri Matias, 21 - Azər Salahlı, 11-öz qapısına. Pavol Şafranko, 58
Bakı, "Neftçi Arena". Saat 19.30.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul