“Qarabağ”ın prezidenti Tahir Gözəl Çempionlar Liqasının 6-cı turunda “Qarabağ” – “Ayaks” oyununu Qadın və Uşaq Sığınacağında təkbaşına izləyən azyaşlı azarkeş Əkbər Zülfüqarovla görüşüb.
"Football-plus.az" xəbər verir ki, “Qarabağ" - "Araz-Naxçıvan" oyunundan öncə klubun bazasında baş tutan görüş zamanı Tahir Gözəl Əkbərlə söhbətləşib, onun oyunla bağlı təəssüratlarını dinləyib.
Sonda klub prezidenti azyaşlı azarkeşlərinə rəsmi formalarını təqdim edib.
Tahir Gözəl Əkbərlə görüşdü
Ölkə futbolu






