Bolqarıstan çempionatında “Konfrans Liqası qrupu”nun 35-ci turunun oyunları keçirilib.
"Football-plus.az" xəbər verir ki, Cəlal Hüseynovun çıxış etdiyi “Arda” doğma meydanda “Lokomotiv” (Plovdiv) klubunu 4:0 hesabı ilə məğlub edib.
Hüseynov görüşə start heyətində çıxıb və sonadək meydanda olub. O, 51-ci dəqiqəfə komandasının 4-cü qolunu vurub. Müdafiəçi 48-ci dəqiqədə isə sarı vərəqə ilə cəzalandırılıb.
Bu, Cəlalın ardıcıl iki oyunda vurduğu üçüncü qol olub. O, bundan əvvəl komandasının “Botev”ə qalib gəldiyi (2:0) matçda dub edib.
“Arda” 51 xalla ümumi turnir cədvəlində 7-ci, Konfrans Liqasına vəsiqə uğrunda mübarizə aparan qrupda isə 3-cü pillədə qərarlaşıb.