Messi: 900-ə yalnız 2 qol qaldı

6.03.2026 18:52 6
Dünya futbolu
“Orlando Siti” ilə matç Lionel Messi üçün əlamətdar olub.

"Football-plus.az" xəbər verir ki, 38 yaşlı hücumçu MLS-in yeni mövsümündə ilk qollarını 4:2 hesabıyla qalib gəldikləri oyunda dubl etməklə vurub. Bu, argentinalı futbolçuçun karyerasında 178-ci dubl olub.

Messinin dubllarının böyük hissəsi “Barselona”da (137) qeydə alınıb. O, Argentina yığmasında 14, PSJ-də isə 5 dəfə bir oyunda iki qol vurmağa nail olub. Hazırkı klubu “İnter Mayami”yə üç ildən az müddət əvvəl qoşulmasına baxmayaraq Messi artıq 22-ci dəfə dubla imza atıb.

Təcrübəli forvardın bütün peşəkar karyerası ərzində vurduğu qolların ümumi sayı isə 898-ə çatıb. Deməli, Lionelin 900 qolluq tarixi həddə çatmasına yalnız iki qol qalıb.