Misli premyer-liqasının 21 turundan təxirə salınmış "Neftçi" - "Qarabağ" görüşünün keçiriləcəyi tarix və saat müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
"Palms Sports Arena"da keçiriləcək qarşılaşma aprelin 30-u, saat 20.00-da start götürəcək.
Xatırladaq ki, sözügedən oyun "Qarabağ"ın Çempionlar Liqasında çıxışına görə Ağdam təmsilçisinin xahişi ilə təxirə salınmışdı.
Başqa bir maraqlı məqam odu ki, "Neftçi" ilə "Qarabağ" arasındakı 29-cu turun oyunu da aprelin 24-27-si aralığında keçirilməlidi. Bu isə deməkdi ki, azarkeşlər bir həftə ərzində iki Azərbaycan derbisi izləyəcək!