Millinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ

4.10.2022 17:06 342
Yığma
Azərbaycan U-19 milli komandasının baş məşqçisi Miloş Velebitlə müqaviləyə xitam verilib.

Football-plus.az xəbər verir ki, bu barədə AFFA İK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib.

Bildirilib ki, U-19-un baş məşqçisi vəzifəsinə təyinatla bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, serbiyalı mütəxəssislə yolların ayrıldığını bu gün özəl olaraq diqqətinizə çatdırmışdıq.