Hidayət Heydərov tatamiyə çıxacaq - “Böyük Dəbilqə”

29.11.2025 10:52 3
İdman
Bu gün iki cüdoçumuz Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirində mübarizəyə qoşulacaq.

"Football-plus.az" xəbər verir ki, yarışın ikinci günündə Olimpiya, dünya və Avropa çempionu Hidayət Heydərov (73 kq) tatami üzərinə çıxacaq.

O, 1/16 finalda Adil Osmanov (Moldova) - Covanni Esposito (İtaliya) cütünün qalibi ilə üz-üzə gələcək.

Eyni çəkidə yarışan digər təmsilçimiz Rəşid Məmmədəliyev isə ABŞ-li Stiven Boldbaatarla münasibətlərinə aydınlıq gətirəcək.

Turnirin final bloku Bakı vaxtı ilə saat 17.00-dan etibarən başlayır.

Xatırladaq ki, təmsilçilərimiz yarışın ilk gününü medalsız başa vurub.