Millimiz Andorraya qalib gəldi

15.04.2026 09:39 22
Ölkə futbolu
Qadın futbolçulardan ibarət millimiz bu gün dünya çempionatı-2027-nin seçmə mərhələsində 3-cü oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan millimiz Andorra yığması ilə qarşılaşıb. Andorra la Vella şəhərindəki Milli Stadionda təşkil olunan matç yığmamızın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qrupun digər görüşündə Macarıstan Şimali Makedoniya ilə üz-üzə gəlib. Qarşılaşma Macrıstan yığmasının 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

14 aprel
Andorra - Azərbaycan - 1:3
Tere Morato - Sevinc Cəfərzadə, 15, 50-pen; Esra Manya, 90+5