• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

35 titul qazanan mütəxəssis... - Luçesku futbolda sözünü həm oyunçu, həm də məşqçi kimi deməyi bacardı

Dünya futbolu

11-04-2026, 16:0

Son günlər səhhəti getdikcə pisləşən, həyatla ölüm arasında qalan Mirça Luçesku artıq haqq dünyasına qovuşub. Görkəmli rumıniyalı məşqçi aprelin 7-də 80 yaşında vəfat edib.

Bilindiyi kimi, Luçesku son günlər səhhətinin pisləşməsi səbəbindən xəstəxanaya yerləşdirilmişdi. Ona kəskin miokard infarktı diaqnozu qoyulmuş, bir neçə gündən sonra vəziyyəti ağırlaşdığı üçün süni komaya salınmışdı. Hələ DÇ-2026-nın seçmə turnirinin Türkiyə ilə pley-off oyunundan bir neçə gün əvvəl özünü pis hiss edən mütəxəssis vacib matçda iş başında ola bilmişdi. Rumıniya yığması minimal hesabla uduzaraq builki mundialdan kənarda qalmışdı. Ölkə futbol ictimaiyyəti yığmanın uğursuzluğundan çox onun səhhətini müzakirə edirdi. Və çərşənbə axşamı Buxarestdəki klinikalardan birində Luçeskunun xəstə ürəyi birdəfəlik dayandı...

O, futbolda sözünü həm oyunçu, həm də məşqçi kimi deməyi bacardı. Doğrudu, məşqçilik sahəsindəki uğurları daha çox idi. Peşəkar futbolçu karyerasına 18 yaşında olarkən “Dinamo”da başlayan Mirça Buxarest klubunda 1963-77-ci illərdə çıxış edib. Komanda ilə ölkə çempionatında keçirdiyi 250 oyunda 57 qol vurub. Vinger mövqeyində oynayan futbolçunin 1965-67-ci illərdə icarə əsasında “Sportul Studentesk”in formasını daşıdığını, bu komandada 39 oyunda 12 qol vurduğunu da bildirək. 1977-82-ci illərdə “Korvinul”da (141 oyunda 26 qol) oynayan Mirça karyerasını başa vurub məşqçiliyə başlasa da, 1990-cı ildə “Dinamo”nun formasında ölkə çempionatının bir oyununda meydana çıxmaq imkanı tapıb. Bu komanda ilə 7 dəfə ölkə çempionluğunu, bir dəfə ölkə kubokunu qazanıb. 1966-79-cu illərdə Rumıniya yığmasında keçirdiyi 64 oyunda 9 qol vurub.
Onun məşqçilik yolu 1979-cu ildə “Korvinul”da başlayıb. 1982-ci ilə qədər çalışdırdığı bu komandanı 1979/80 mövsümündə 2-ci divizionda çempionluğa daşıyıb. Bu uğuru yerli federasiyanın diqqətini cəlb edib və Luçesku 1981-ci ildə - 36 yaşında olarkən ölkənin əsas komandasına təyinat alıb. Gənc mütəxəssis çox keçmədən ona göstərilən etimadı doğrultmağı bacarıb: yığmanı AÇ-1984-ün final mərhələsinə çıxarıb. O dövrdə qitə çempionatında 8 komandanın iştirak etdiyini də xatırladaq. Yığmanı 1986-cı ilə qədər çalışdıran Luçeskunun məşqçilik həyatı çox uzun çəkdi. Artıq məlum olduğu kimi ömrünün son günlərində də ölkəsinin əsas komandasının başında oldu.

Qocaman mütəxəssis uzunmüddətli karyerası ərzində Buxarest “Dinamo”su (1985-90), “Piza” (1990-91), “Breşia” (1991-95, 1995-96), “Reccana” (1996), “Rapid” (1997-98, 1999-2000), “İnter” (1998-99), “Qalatasaray” (2000-02), “Beşiktaş” (2002-04), “Şaxtyor” (2004-16), “Zenit” (2016-17), Türkiyə yığması (2017-19) və Kiyev “Dinamo”sunu (2020-23) çalışdırdı. Və qeyd etdiyimiz kimi 2024-cü ildə yenidən Rumıniya yığmasına qayıtdı.

Böyük mütəxəssis məşqçi kimi beynəlxalq arenada “Qalatasaray”ı 2000-ci ildə UEFA Superkubokunda, “Şaxtyor”u isə 2009-cu ildə UEFA Kubokunda qələbəyə daşıyıb. Zarafat deyil, bu uğurlar da daxil olmaqla 35 titul qazanıb!..

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

7-04-2026, 23:0

Mirça Luçesku vəfat etdi

Dünya futbolu

7-04-2026, 10:0

Luçesku həyatla ölüm arasında

Dünya futbolu

11-04-2026, 11:0

Luçeskunun adı əbədiləşdiriləcək

Dünya futbolu

24-01-2026, 13:0

Luçesku xəstəxanaya yerləşdirildi!

Dünya futbolu

1-03-2026, 14:0

Klinikanı tərk etdi

Dünya futbolu

29-03-2026, 17:0

Ən qocaman məşqçi kimi futbol tarixinə düşən Luçeskunun səhhəti yenə pisləşdi!

Aktual
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
“Sabah” Maludanı 3 milyon avroya satdı!
KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
“Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
“Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
Son xəbərlər
  • Bu gün, 11:36
    ''Qalatasaray''ın sabiq üzvündən şok sözlər - ''Bunları çox az insan görmək istəyər''
  • Bu gün, 11:15
    "Kəpəz" Qətər klubuna qarşı
  • Bu gün, 10:54
    Millimiz Çexiya ilə üz-üzə gələcək
  • Bu gün, 10:33
    “Sabahın Ulduzları” turnirinin püşkü atıldı
  • Bu gün, 10:13
    Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
  • Bu gün, 09:52
    İki güləşçimiz dünya çempionatının finalında
  • Bu gün, 09:31
    "Çox keyfiyyətli və yaxşı məşqçi tərəfindən hazırlanan komandaya uduzduq" - KuPS-un baş məşqçisi
  • Bu gün, 09:00
    Türkiyə klubu 900 minə aldığı oyunçunu 15 milyona satdı!
  • Dünən, 23:27
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 23:00
    “Sabah” və Mikels 10-a çatdı
  • Dünən, 22:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 21:55
    "Belə nəticə əldə etməyimizlə qürur duyuram" - Valdas Dambrauskas
  • Dünən, 21:24
    ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
  • Dünən, 21:10
    "İmişli" yoxlama oyunu keçirdi
  • Dünən, 20:52
    "Sabah" tarixində ilk dəfə avrokubokların liqa mərhələsində! - YENİLƏNİB
  • Dünən, 20:10
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 19:42
    “Sabah” Maludanı 3 milyon avroya satdı!
  • Dünən, 18:53
    Azərbaycan dünya çempionatında ilk medalını qazandı
  • Dünən, 18:22
    "Qəbələ" portuqaliyalı vinger aldı
  • Dünən, 18:00
    KuPS - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 17:30
    KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
  • Dünən, 17:10
    “İmişli”nin akademiyasında təlim təşkil olundu
  • Dünən, 16:44
    “Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
  • Dünən, 16:13
    “Araz-Naxçıvan” Qəbələdə bu şəhərdə qəbul edəcək
  • Dünən, 15:52
    “Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
  • Dünən, 15:33
    Fiziki performansın qiymətləndirilməsi üzrə vebinar keçirildi
  • Dünən, 15:01
    "Qarabağ" və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
  • Dünən, 14:06
    Arda Gülər Mourinyo haqda nə dedi?
  • Dünən, 13:50
    “Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
  • Dünən, 13:19
    “Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
  • Dünən, 12:58
    "Səbail"in sabiq qapıçısı "Xankəndi"də
  • Dünən, 12:37
    AFFA məşqçilər üçün onlayn təlim keçirdi
  • Dünən, 11:54
    Millimiz Portuqaliya ilə üz-üzə gələcək
  • Dünən, 11:23
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 10:52
    “Sabah”ın matçını bu kanal göstərəcək
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 135
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 112
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 110
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə