Luçesku xəstəxanaya yerləşdirildi!

24.01.2026 13:31 15
Dünya futbolu
Rumıniya yığmasının çalışdırıcısı Mirça Luçeskudan xəbər var.

"Football-plus.az" xəbər verir ki, ünlü mütəxəssis ağır bir qripə yoluxduğunu və hazırda xəstəxanada müalicə olunduğunu açıqlayıb.

Bir dönəm ''Qalatasaray'', ''Beşiktaş'' və Türkiyə yığmasını da çalışdırmış 80 yaşlı rumıniyalı məşqçi yerli mətbuata açıqlamasında bunları deyib:
''Son günlər özümü yaxşı hiss etmirdim. Ev şəraitində həkimlərin məsləhəti ilə dərmanlar qəbul edirdim. Ancaq halsızlıq və hərarət çəkilmədi. Əksinə daha da artdı. Hərarətim 39-a qədər yüksəldi. Hazırda xəstəxanada həkimlərin nəzarəti altındayam. Tezliklə yaxşılaşacağıma ümid edirəm. Həkimlər bazar ertəsi məni evə buraxacaqlarını deyiblər''.

Xatırladaq ki, Luçeskunun çalışdırdığı Rumıniya yığması martda DÇ-2026-nın pley-offu çərçivəsində səfərdə Türkiyə ilə qarşılaşacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul