• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Belə davranışı Əliyar Ağayevə yaraşdırmadım” - Vidadi Əhmədov Rəhim Həsənovun izahatı haqda nə dedi?

Ölkə futbolu / Aktual

9-04-2026, 21:0

Ölkə kubokunun yarımfinal mərhələsinin “Turan Tovuz” – “Zirə” matçı təkcə “qartallar”ın qələbəsi ilə yox, həm də FİFA referisi Əliyar Ağayevin nəticəyə təsir edən yanlış qərarları ilə yadda qaldı. Belə ki, ölkənin ən məşhur hakimi “bozqurd”un haqq etdiyi iki penaltini vermədi!

Belə arxayın danışmağımızın səbəbi isə AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun məlum epizodları dəyərləndirməsi və Ağayevin yanlış qərarlar verdiyini təsdiq etməsidi. Rəhim bəy Renatonun Xorxe Silvanın üzünə zərbə endirdiyini, “Zirə”nin futbolçusunun rəqibə güc tətbiq etdiyini, “Turan Tovuz”un oyunçusu Roderik Millerin ayağını tapdalayan Qismət Alıyevin isə düşüncəsiz hərəkətə (rəqibə qarşı yaranan təhlükənin nəticələrinə əhəmiyyət verməmək – red.) yol verdiyini söylədi. Sədrin fikrincə, həm Renato, həm də Qismət “sarı” almalıymış.

Əlbəttə, belə biabırçılığa operativ reaksiya vacib idi. “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev də məhz bu cür etdi. Matçdan dərhal sonra media nümayəndələrinin önünə çıxan funksioner komandasının haqqının yeyildiyini, əziyyətlərini Əliyar Ağayevə haram etdiklərini dedi. Bir qədər də irəli gedərək bildirdi ki, belə hakimlər futboldan uzaqlaşdırılmalıdı. Ehtiram bəy tovuzlu azarkeşlərin də bu məsələyə səssiz qalmamasını istədi. Bu barədə fikirlərini öyrənmək üçün müraciət etdiyimiz “Ultras Turan” fanklubunun rəhbəri Kamal Saqqayev klub rəhbərinə dəstək olduqlarını, sözləriylə razılaşdıqlarını bildirdi.

Biz bu məsələ haqda “Turan Tovuz”un sabiq prezidenti Vidadi Əhmədovun də fikrini öyrənməyi lazım bildik:

“Bacardığım qədər “Turan Tovuz”un oyunlarını tribunadan izləyirəm. Bu gün mübariz, iddialı və döyüşkən komanda formalaşıb. Matçlar çox xoş təsir bağışlayır. Təbii ki, bütün bunların qısa zamanda araya-ərsəyə gəlməsi sevindirici haldı. Hiss olunur ki, klubda yaxşı əhval-ruhiyyə var. Məhz belə məqamda hakim Əliyar Ağayevin bu cür hərəkət etməsi heç də xoş olmadı. “Turan Tovuz” yaxşı rəhbərliyə, komandaya malikdi. Əliyar Ağayev isə FİFA referisidi. Yəni o da hakimlərin ən yaxşılarındandı. Amma yanlış qərar verdi. Niyə? Qolunu qəsdən Silvanın üzünə çırpan Renatoya qırmızı vərəqə göstərilməliydi. Onun “sarı”sı da var idi. Roderik Millerin ayağını tapdalayan Qismət Alıyevə isə sarı vərəqə göstərilməliydi. Lakin Əliyar Ağayev nə penaltiləri təyin etdi, nə də futbolçuları cəzalandırdı. Çox xoşagəlməz haldı. Səhvmi deyək, qərəzmi? Düzü, dilim gəlmir, lakin bu cür təcrübəylə, hətta VAR-a baxandan sonra belə qərarı dəyişməməyin başqa adı yoxdu. Əliyar Ağayev utancverici davranışa yol verdi, ona yaraşdırmadım. Klubun prezidenti Ehtiram Quliyev “Turan Tovuz” üçün öz vəsaitini xərcləyir. Belə adamlara dəstək olmaq, əziyyətini qiymətləndirmək, həvəsləndirmək lazımdı. Yaxşı ki, AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov hadisələri düzgün qiymətləndirdi. Ümid edirəm ki, federasiyanın cavabı futbolçuların ruhdan düşməsinə mane olacaq, döyüşmək üçün özlərində güc tapacaqlar”.

Vidadi bəydən “Turan Tovuz”un avrokuboklara yollanmaq şansını necə dəyərləndirdiyini də soruşduq:

“Komanda 1994-cü ildə çempion olanda film hazırlanmışdı. Həmin filmdə bildirmişdim ki, ən böyük arzum Tovuzda avrokubok oyunlarının keçirilməsidi. Arzumun məhz bu mövsüm reallaşacağına inanıram. Stadion təmir olunur. Yəqin ki, işlər qısa müddətdə başa çatacaq”.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

6-04-2026, 15:0

Əliyar Ağayev “Turan Tovuz”un 2 penaltisi verməyib! - VİDEO

Ölkə futbolu / Manşet

7-04-2026, 15:0

Əliyar Ağayevin ilk cəzası bilindi. Bəs sonra?

Ölkə futbolu / Manşet

21-02-2026, 21:0

Əliyar Ağayev harda, Rəhim Həsənov da orda! – yeni sədr FİFA hakimindən narazıdı?

Ölkə futbolu

16-03-2026, 20:0

Rəhim Həsənov mübahisəli epizodları şərh etdi - VİDEO

Ölkə futbolu / Manşet

7-04-2026, 22:0

“Əcnəbi hakim arzulayanlar futbolumuzun düşmənidi” – Gülağa Cabbarov Əliyar Ağayev haqda nə dedi?

Ölkə futbolu / Video

3-02-2026, 20:0

Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - VİDEO

Aktual
“Sabah”ın Laçabı kimdi? – “Lill”in əvəzedici heyətindən Çempionlar Liqasına uzanan yol...
Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama
“Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Son xəbərlər
  • Bu gün, 01:11
    B qrupunda yenə heç-heçə - DÇ gecəsi
  • Dünən, 23:56
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 23:06
    Millimiz dünya çempionu oldu
  • Dünən, 22:35
    Azər Bağırovun köməkçiləri müəyyənləşdi
  • Dünən, 22:03
    “İkinci çempionluğumuz ən yaddaqalan və çətindi” - Okan Burukun köməkçisi ayrılmağa yaxındı
  • Dünən, 21:29
    Bazanın yaxınlığında cəsəd tapıldı
  • Dünən, 20:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 20:28
    İngilislərin əşyaları necə yoxa çıxıb?
  • Dünən, 19:59
    Lebron Ceymsə məsləhət: “Leykers”i tərk et!
  • Dünən, 19:20
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 18:50
    Dünya idmanı işğalçıya qucaq açmağa başladı?
  • Dünən, 18:20
    Milli komandada ciddi itki
  • Dünən, 17:50
    “Sabah”ın Laçabı kimdi? – “Lill”in əvəzedici heyətindən Çempionlar Liqasına uzanan yol...
  • Dünən, 17:26
    6 oyunluq məğlubiyyət seriyasına son qoyuldu
  • Dünən, 16:57
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:27
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 15:56
    Avstraliyanın məşqçisi Türkiyə ilə oyun haqda nə dedi? - ''... bütün dünyaya göstərməyin zamanıdı''
  • Dünən, 15:25
    Premyer-liqa klublarının 2025/26 macərası nə ilə yadda qaldı?
  • Dünən, 15:11
    Mirra Andreyeva və Aleksandr Zverev!
  • Dünən, 14:45
    Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama
  • Dünən, 14:20
    DÇ matçının hakimi dəyişdi!
  • Dünən, 14:07
    Bizim çempionatı onlar da bəyənmirlər
  • Dünən, 13:49
    "Şəfa" kapitanla yeni müqavilə imzaladı
  • Dünən, 13:19
    “Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
  • Dünən, 12:55
    Okan Burukdan transfer və Osimhen açıqlaması
  • Dünən, 12:40
    Antonelli ardıcıl 5-ci mərhələni qazandı!
  • Dünən, 12:19
    İnfantino İtaliya ilə məzələndi
  • Dünən, 11:50
    Dünya çempionatında iştirak etməyəcək
  • Dünən, 11:33
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 11:12
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Dünən, 10:40
    "Sabah" Portuqaliya klubundan müdafiəçi aldı
  • Dünən, 10:27
    “...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
  • Dünən, 10:00
    Klubunda hamını arxada qoydu
  • Dünən, 09:41
    Amerika bizi qorxutdu – 4:1 nə idi... - DÇ səhəri
  • Dünən, 01:06
    Kanada ilə Bosniya və Hersoqovina “sülh”ə razılaşdı - DÇ gecəsi
Daha çox
Oxunub: 499
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 246
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 242
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 213
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Oxunub: 208
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 201
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə